Naxçıvan diyarında sənətkarlıq və ticarət: XVIII-XX əsrin əvvəlləri
Naxçıvan diyarında sənətkarlıq və ticarət: XVIII-XX əsrin əvvəlləri
Sərlövhə:
Naxçıvan diyarında sənətkarlıq və ticarət: XVIII-XX əsrin əvvəlləri
Müəllif:
Muradov Vidadi
Nəşr ili:
2017
Annotasiya:
Monoqrafiya Azərbaycan tarixşünaslığında indiyə qədər ən az öyrənilmiş problemlərdən olan XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında sənətkarlıq və ticarətin vəziyyətinin tədqiq olunmasına həsr edilmişdir. Ticarətin və sənətkarlığın vəziyyətinə ciddi təsir göstərən bir sıra amillər, o cümlədən diyarın siyasi və sosial-iqtisadi vəziyyəti işıqlandırılmış, göstərilən fəaliyyət sahələrinin əsas mərkəzləri olan Naxçıvan və Ordubad şəhərlərinin tarixinə nəzər salınmışdır. Sənət istehsalının parça toxuculuğu, dabbağlıq, ayaqqabı istehsalı, sərraclıq, boyaqçılıq, tikinti, metalişləmə, dulusçuluq və s. sahələrinin inkişafına təsir göstərən amillər araşdırılmış, onların xarakterində baş vermiş dəyişikliklər müəyyənləşdirilmişdir. Tədqiq olunan dövrdə zəngin mənbələr əsasında ticarət yollarının vəziyyəti, habelə Rusiya-İran tranzit ticarət əlaqələrində diyarın rolu kimi məsələlər də tədqiq edilmişdir.
Biblioqrafik təsvir
Muradov, Vidadi Aydın oglu. Naxçıvan diyarında sənətkarlıq və ticarət: XVIII-XX əsrin əvvəlləri: monoqrafiya / V. A. Muradov; elmi red. İ. M. Hacıyev; AMEA Naxçıvan bölməsi.- Bakı: Elm, 2017.- 264 s.