Kitabda 1900-cü ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Bu ədəbiyyat tarixinin əsas məqsədi ilk növbədə o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilir.
Biblioqrafik təsvir
Cənubi Azərbaycan ədəbiyyatı tarixi: 2 cilddə / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; red. heyəti: M. Ə. İbrahimov, T. Ə. Əhmədov, R. N. Əliyev II cild: XX əsr.- Bakı: Qanun, 2013.- 680 s.