- Sərlövhə:
- Zəfəran
- Müəllif:
- Əhmədov Əhməd-Cabir
- Nəşr ili:
- 2020
- Annotasiya:
- Kitabda zəfəranın təsərrüfat əhəmiyyəti, Azərbaycanda zəfəran yetişdirilməsinin tarixi, zəfəranın botaniki təsviri, növmüxtəlifliyi, biologiyası, xəstəlik və ziyanvericiləri, zəfəranın kimyəvi tərkib xüsusiyyətləri, yığılması, qurudulması, qablaşdırılması və saxlanılması, keyfiyyətinə verilən tələblər haqqında ətraflı məlumat verilir. Kitabda zəfəranın keyfiyyətinin və saxlanılma zamanı tərkibində baş verən proseslərin öyrənilməsindən, eləcə də müxtəlif taralarda və şəraitdə saxlanılması zamanı zəfəran efir yağının və boya maddəsinin miqdarının dəyişməsindən, zəfəran efir yağının keyfiyyətcə tərkibinin öyrənilməsindən bəhs olunur.
Biblioqrafik təsvir
Əhmədov, Əhməd-Cabir İsmayıl oğlu. Zəfəran: təbiətin möcüzəsi - min bir dərdin dərmanı / Ə. İ. Əhmədov, M. R. Hüseynov; elmi red. H. A. İsrafilov; Azərbaycan Zəfərançılığının İnkişafı Assosiasiyası.- Bakı: Elm, 2020.- 112 s.