Kitab haqqında

Azərbaycan təhsil tarixi

Azərbaycan təhsil tarixi

Sərlövhə:
Azərbaycan təhsil tarixi
Müəllif:
Mərdanov Misir
Nəşr ili:
2011
Cild:
2
Annotasiya:
"Azərbaycan təhsil tarixi" adlı kitabın II cildində 1920-1991-ci illərdə Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən, həmin dövrün təhsil-tərbiyə ilə bağlı konseptual problemlərindən bəhs olunur. Sovet hakimiyyəti illərində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf yolu keçmişdir. Bu dövrdə 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası formalaşmış, çoxlu sayda qəzet və jurnal çap olunmağa başlamışdır. Müvafiq fəsillərdə təhsilin ayrı-ayrı pillələrinin inkişaf tarixi, bu tarixi yaradan insanlar, həmin dövrün təhsillə bağlı mühüm dövlət sənədləri, pedaqoji mətbuat, elmi-pedaqoji kitabxana və Xalq Maarifi Muzeyi barədə məlumat öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Mərdanov, Misir Cumayıl oğlu. Azərbaycan təhsil tarixi / M. C. Mərdanov; elmi red. F. A. Rüstəmov 
II cild: 1920-1991-ci illər / red.: G. Ə. Mehdiyeva, L. İmaməliyeva.- Bakı: Təhsil, 2011.- 704 s.