Kitab haqqında

Munisnamə

Munisnamə

Sərlövhə:
Munisnamə
Müəllif:
Əbu Bəkr ibn Xosrov əl-Ustad
Nəşr ili:
2021
Annotasiya:
"Munisnamə" orta əsərlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və unikal əsərdir. Əsərin yeganə əlyazma nüsxəsi uzun illər boyu başqa bir ad altında Londondakı Britaniya muzeyində saxlanmışdır. "Munisnamə" təkcə ədəbi əsər deyil, həm də farsdilli ədəbiyyat tarixində dönüş nöqtəsi olan bir çox maraqlı hekayələrin, nağılların, rəvayətlərin, lətifələrin, müdrik kəlamların və aforizmlərin toplandığı dəyərli bir mənbədir. "Munisnamə" sinkretik müsəlman mədəniyyətinin çiçəkləndiyi dövrdə yarandığı üçün əsərdə yəhudi, yunan, hind, fars, Bizans, ərəb və türk xalqlarının mifoloji, fəlsəfi, dini, etik və bədii görüşləri, geniş və tipoloji səciyyəsi baxımından rəngarəng və şeşidli hekayətlər üzvi şəkildə çulğaşır.

Biblioqrafik təsvir

Əbu Bəkr ibn Xosrov əl-Ustad. Munisnamə / Əbu Bəkr ibn Xosrov əl-Ustad; fars dilindən tərc. R. Rzayeva; elmi red. M. Ə. Məhəmmədi; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Adiloğlu, 2021.- 764 s.