Bu cilddə zəmanəmizin görkəmli şəxsiyyəti, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin YAP-ın 10 illiyinə həsr olunmuş yubiley mərasimində söylədiyi dərin məzmunlu nitqi, ölkəmizə səfər etmiş ABŞ, Rusiya, Türkiyə, İran, Ukrayna dövlət və hökumət nümayəndələri ilə söhbətləri, həmçinin Kiyevdə MDB-nin üzvü olan ölkələrin zirvə toplantısında ATƏT-in Minsk qrupunun həmsədrləri və "Qafqaz dördlüyü" ölkələrinin prezidentləri ilə görüşlərinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun nizama salınmasına dair materiallar verilmişdir.