Kitab haqqında

İsi Məlikzadə - söz sərrafı, nəsr ustası

İsi Məlikzadə - söz sərrafı, nəsr ustası

Sərlövhə:
İsi Məlikzadə - söz sərrafı, nəsr ustası
Müəllif:
İsmayılov Yaqub
Nəşr ili:
2007
Annotasiya:
İsi Məlikzadənin bədii nəsr yaradıcılığı- hekayə, povest və romanları tədqiqat obyekti alınaraq ədəbi-tarixi aspektdə, janrlar və problemlər üzrə nəzərdən keçirilir. Koloritli, məzmunlu və müasir ruhlu əsərləri əxlaqi-tərbiyəvi mahiyyəti, ictimai-estetik ləyaqəti, təsvir və təhkiyə dilinin yüksək sadəliyi ilə seçilir, oxunur və sevilir. Əsərlərində janr, ideya-sənətkarlıq xüsusiyyətləri, mövzu, obraz və xarakterlər aləmi, estetik məkan və zaman kateqoriyası, mənəviyyat və təbiət ekologiyası problemi, həyata, insana, mühit və cəmiyyətə baxış və yanaşma tərzi araşdırılaraq, İsinin ədəbiyyatımızın inkişafındakı xidmətləri, rol və mövqeyi açıqlanır, onun söz sərrafı, nəsr ustası olduğu konkret təhlillər və ümumiləşdirmələrlə əyaniləşdirilib təsdiq və təsbit olunur.

Biblioqrafik təsvir

İsmayılov, Yaqub Murad oğlu. İsi Məlikzadə - söz sərrafı, nəsr ustası / Y. M. İsmayılov; red. N. Ə. Qəhrəmanlı; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2007.- 204 s.