Kitabda R. Fətəlinin son illərdə dövrü mətbuatda və internet saytlarında Qarabağa dair dərc olunmuş publisistik və elmi-publisistik yazıları toplanmışdır. Müəllif oxuculara təqdim etdiyi bu növbəti kitabında 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağın maddi və mənəvi sərvətləri, onun faydalı qazıntıları, toponimləri, ətraf mühitin qorunması ilə bərabər Qarabağın işğaldan azad olunması və gələcək inkişaf perspektivləri haqqında düşüncə və təkliflərini, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr haqqında maraqlı yazıları təqdim edir, həmçinin yaxından tanıdığı, əslən Qarabağdan olan dəyərli insanlar haqqında xatirələrini oxucularla bölüşür.
Biblioqrafik təsvir
Fətəli, Rəşid. Qarabağ: mülahizələr və düşüncələr / R. Fətəli; elmi red. Z. N. Eminov; AR ETN akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu.- Bakı: Elm və təhsil, 2023.- 160 s.