Tarixi oçerk janrında qələmə alınmış kitab XIX əsrin sonu, XX əsrin əvvəllərində yenicə formalaşmaqda olan Azərbaycan milli burjuaziyasının fəal nümayəndəsi, xeyriyyəçi, maarif və mədəniyyət hamisi Bəşir bəy Aşurbəyova həsr edilib. Bəşir bəyin həyat və fəaliyyətinə kitabda müxtəlif istiqamətlərdən nəzər salınır. Bakının nüfuzlu neft sahibkarlarından biri, mesenat, maarifçi, ictimai-siyasi xadim kimi onun tarixi obrazı yaradılır. Bolşevik repressiyasının qurbanlarından olmuş bu parlaq şəxsiyyət öz zəmanəsinin mürəkkəb ictimai-siyasi mühiti ilə birgə təqdim edilir. Burada Bəşir bəy Aşurbəyovun qayınatası-görkəmli ictimai-siyasi xadim, zadəgan Allahyar bəy Zülqədərova da geniş yer verilib. Müəllif müxtəlif mənbələrdən əldə etdiyi faktlarla zəngin olan bu kitabına xalqımızın keçmişi, ayrı-ayrı tarixi şəxsiyyətlərimizin həyatı və mühiti ilə bağlı məlumatları toplamışdır.
Biblioqrafik təsvir
Əliyeva, İradə. Bəşir bəy Aşurbəyov və zəmanəsi: tarixi oçerk / İ. Əliyeva; red. S. Hacıyev.- Bakı: Nurlar NPM, 2021.- 288 s.