Kitab haqqında

Qarabağ xanı Mehdiqulu xanın bayrağı

Qarabağ xanı Mehdiqulu xanın bayrağı

Sərlövhə:
Qarabağ xanı Mehdiqulu xanın bayrağı
Müəllif:
Əhmədov Səbuhi
Nəşr ili:
2019
Annotasiya:
Kitabda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda saxlanılan unikal-bayraq - Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi olaraq hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.

Biblioqrafik təsvir

Əhmədov, Səbuhi. Qarabağ xanı Mehdiqulu xanın bayrağı = Знамя правителя Карабаха Мехтикули хана / S. Əhmədov; elmi red. N. M. Vəlixanlı; Milli Azərbaycan Tarixi Müzeyi.- Bakı: Elm və təhsil, 2019.- 36 s.