Kitabda qiymətləndirmə prosesinin tərifi verilir, məktəbəqədər qiymətləndirmənin tarixinə nəzər salınaraq qiymətləndirmənin və ölçü alətlərinin hazırki vəziyyətinə baxış keçirilir, həmçinin qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma təqdim olunur. Bundan əlavə, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rastlaşılan etik məsələlər, əməl ediləcək prosedurlar və qiymətləndirmə zamanı ümumi məsələlər əhatə olunur. Məktəbəqədər yaşlı uşaqların normal inkişafına nəzər salınaraq, fiziki və motor, koqnitiv, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumat təqdim edilir.
Biblioqrafik təsvir
Əliyeva, Turanə Əlvan qızı. Uşaq inkişafının qiymətləndirilməsi / T. Ə. Əliyeva; elmi red. K. R. Əliyeva; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.- Bakı: Elmin İnkişafı Fondu, 2015.- 284 s.