Kitab haqqında

Dövlət qulluğu

Dövlət qulluğu

Sərlövhə:
Dövlət qulluğu
Müəllif:
Abdullayev Elşad
Nəşr ili:
2007
Annotasiya:
Dövlət qulluğu sistemini nəzəri-hüquqi cəhətdən tədqiq edən, onun təşkili qaydasını və fəaliyyət metodlarını işıqlandıran bu kitab dövlət qulluğunun elmi-nəzəri əsaslarına, onun elmi cəhətdən araşdırılmasına və müstəqil fənnin predmeti qismində öyrənilməsinə dair ilk dərslikdir. Kitabda dövlət qulluğu predmet kimi araşdırılır, onun siyasi, hüquqi, iqtisadi və tarixi aspektləri nəzərdən keçirilir, dövlət qulluğunun həyata keçirilməsi prosesi ətraflı qaydada şərh olunur və dövlət qulluğuna dair qanunvericiliyin inkişaf perspektivləri müəyyən olunur. Dərsliyin sonunda dövlət qulluğu sahəsində meydana çıxan hüquqi münasibətləri tənzimləyən bəzi normativ aktlar və sonda fənnin proqramı təqdim olunur.

Biblioqrafik təsvir

Abdullayev, Elşad İslam oğlu. Dövlət qulluğu: dərslik / E. İ. Abdullayev, N. Ş. Hüseynova; elmi red. A. M. Qasımov; Azərbaycan Beynəlxalq Universiteti.- Bakı: Beynəlxalq Universitet NPM, 2007.- 432 s.