Bu kitab görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 130 illiyi münasibəti ilə dərc edilmişdir. Kitabda N. Nərimanovun V.İ. Leninə, İ.V. Stalinə və oğlu Nəcəfə yazdığı məktubları, həmçinin Qarabağ məsələsinə dair sənədlər daxil edilmişdir. N. Nərimanovun şəxsiyyəti və mübarizəsi barədə müəyyən təsəvvür yaradan tarixi materiallar geniş oxucu auditoriyası, politoloqlar və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.