Monoqrafiyada Azərbaycan Respublikasının Konstitusiyası, inzibati və cinayət-hüquq nəzəriyyəsinin müddəaları, habelə həmin sahələrdə mövcud olan qanunvericilik normaları, ibtidai araşdırma və məhkəmə təcrübəsi nəzərə alınmaqla, sərbəst toplaşmaq azadlığının anlayışı, formaları, onun fəlsəfi, sosial və hüquqi aspektləri, bu konstitusion azadlığın realizəsi mexanizmi və hüquqi təminatları araşdırılmışdır. Tədqiqatın gedişində eyni zamanda toplantıların keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının pozulması ilə törədilən əməllərin tövsifi məsələlərinə aydınlıq gətirilmişdir.
Biblioqrafik təsvir
Cəbrayılov, Rafael Kamil oğlu. Sərbəst toplaşmaq azadlığı: monoqrafiya / R. K. Cəbrayılov; elmi red. M. F. Məlikova.- Bakı, 2015.- 248 s.