- Sərlövhə:
- Cəfər Cabbarlı
- Müəllif:
- Rüstəmli Asif
- Nəşr ili:
- 2009
- Annotasiya:
- Tədqiqat əsərində böyük söz ustadı, bədii-fəlsəfi düşüncəmizin fenomenal nümayəndəsi Cəfər Cabbarlının həyatı, yaradıcılığı, ədəbi-ictimai mühiti məxfi arxiv materialları və nadir sənədlər əsasında araşdırılaraq bir sıra yeni faktlar, arqumentlər üzə çıxarılmış, indiyədək bu sahədə özünü büruzə verən qaranlıq, kölgəli mətləblərə, mübahisəli məqamlara tam aydınlıq gətirilmişdir. Böyük sənətkarın sovet dövründə gizli istiqlal hərəkatına qoşulması, repressiyalara məruz qalması, həbsxana yaradıcılığı, ali təhsil müəssisələrindən uzaqlaşdırılmasının səbəbləri və digər məsələlər ilk dəfə bu monoqrafiyada geniş işıqlandırılmışdır.
Biblioqrafik təsvir
Rüstəmli, Asif Heydər oğlu. Cəfər Cabbarlı: həyatı və mühiti: monoqrafiya / A. H. Rüstəmli; elmi red. B. Ə. Nəbiyev; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2009.- 416 s.