- Sərlövhə:
- Vergilər və vergitutma
- Nəşr ili:
- 2010
- Annotasiya:
- Dərslikdə vergilərin inkişaf tarixindən, vergi nəzəriyyələrinin təkamülündən, vergitutmanın əsas prinsiplərindən bəhs edilmiş, vergilərin əsas funksiyaları, vergi sistemini xarakterizə edən əsas göstəricilər açıqlanmışdır. Dövlətin vergi siyasəti, fiskal siyasət və onun əsas formaları, vergitutma mexanizmi, vergi yükünün müəyyən edilməsi üsulları, vergilərin iqtisadi mahiyyəti barədə ətraflı bəhs edilmişdir. Vergi nəzarəti, vergi planlaşdırması, vergi menecmenti, beynəlxalq vergi planlaşdırması, iqtisadi cəhətdən inkişaf etmiş bir sıra unitar, federativ və konfederativ dövlətlərin vergi sistemləri, iqtisadiyyatın vergi tənzimlənməsi məsələləri geniş şəkildə şərh edilmişdir. Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri hərtərəfli izah edilmiş, onların hesablanması ilə bağlı çoxsaylı misallar verilmişdir.
Biblioqrafik təsvir
Vergilər və vergitutma: dərslik / F. Ə. Məmmədov [et al.]; rəy.: Z. Ə. Səmədzadə, M. Ə. Əhmədov.- Yenidən işlənmiş təkrar nəşri.- Bakı: CBS Polygraphic Production, 2010.- 508 s.