XX əsrin əvvəllərində xalqın milli ənənələrə qayıdış ruhu ictimai-siyasi, ədəbi-mədəni həyatda baş verən proseslərə uyğun olaraq özünün aydın şəkildə ifadəsini ədəbi-bədii, publisistik nümunələrdə tapmış, qısa müddətə bu yaradıcılıq xətti mühüm konsepsiya səviyyəsinə yüksəlmişdir. Azərbaycan ədəbi-bədii düşüncəsi XX əsrin əvvəllərinin ictimai-siyasi hadisələrinə operativ şəkildə müdaxiləsi və mövzu rəngarəngliyi, janr müxtəlifliyi ilə də diqqət çəkir.
Biblioqrafik təsvir
Namazova, Səba Azad qızı. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri: elmi-nəzəri məqalələr: dərs vəsaiti / S. A. Namazova; elmi red. A. Məmmədli; Gəncə Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2019.- 248 s.