Kitab haqqında

Azərbaycanın antik dövr keramikası

Azərbaycanın antik dövr keramikası

Azərbaycanın antik dövr keramikası
Sərlövhə:
Azərbaycanın antik dövr keramikası
Nəşr ili:
2021
Annotasiya:
Kitab-albomda Qafqaz Albaniyasının eramızdan əvvəl I minilliyin ortalarından etibarən antik yunan mədəniyyəti ilə formalaşan münasibətlərindən və bu münasibətlər zəminində antik dünyanın maddi mədəniyyətimizin keramika sahəsinə olan təsirindən bəhs edilir. Azərbaycanın Qəbələ, Şəmkir, Mingəçevir, Şamaxı, İsmayıllı, Ağsu və digər rayonlarında izlənilən antik və son antik-erkən orta əsrlərə aid arxeoloji abidələrindən əldə edilən faktlara əsasən oynoxoyyaların təyinatı, xüsusiyyətləri, fərqli quruluşda müşahidə edilməsinin səbəbləri araşdırılıb və bu tip qabların Qafqaz Albaniyasının ərazisində yaranma və yayılması kimi nüansları yenidən nəzərdən keçirilərək daha dolğun elmi nəticələr əldə olunub. Eyni zamanda, bu tip qabların antik dünya mədəniyyətinin əhatə etdiyi müxtəlif ölkələrə və coğrafi regionlara aid nümunələri ilə analogiyası aparılıb.

Biblioqrafik təsvir

Azərbaycanın antik dövr keramikası: Oynoxoyyalar: kitab-albom / AMEA Milli Azərbaycan Tarixi Muzeyi; tərt. L. Mustafayev; elmi red. Z. Həsənov.- Bakı: Təhsil, 2021.- 84 s.