Kitab haqqında

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Sərlövhə:
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Müəllif:
Əliyev İlham Heydər oğlu
Nəşr ili:
2020
Cild:
102
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildi əsasən dövlət başçısının Azərbaycanda və dünyada koronavirus pandemiyası ilə örnək olacaq mübarizəsini əhatə edir. Bu cilddə eyni zamanda, oxucular dövlət başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videobağlantı formatında keçirilən Fövqəladə, "Qoşulma Hərəkatı"nın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşlərində, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə çıxışları, məruzələri, yardım təklifləri ilə də tanış ola bilərlər. Kitabda, həmçinin dövlət başçısının Bakıda modul tipli xəstəxana kompleksinin, "Yeni klinika" tibb müəssisəsinin açılışlarında, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanışlıq, Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin, "Azərnerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışı zamanı etdiyi çıxışları və digər materiallar da yer almışdır.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev.
102-ci kitab: mart 2020 - may 2020.- Bakı: Azərnəşr, 2020.- 392 s.