Təqdim olunan kitab əsrin xəstəliyi - COVID-19-a həsr olunub. Kitabda SARS-CoV-2 koronavirusu və onun səbəb olduğu COVID-19 pandemiyasının bioloji və tibbi aspektləri üzrə ən son elmi məlumatların təhlili təqdim edilib. Virusun təkamülü və yayılması, onun hüceyrə ilə qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilib. Həmçinin yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyin diaqnostikası, klinik gedişi və müalicəsi məsələləri, vaksinlərin hazırlanması, vaksinasiyaya göstəriş, əks göstərişlər və s. problemlər təqdim olunur.
Biblioqrafik təsvir
Allahverdiyeva, Lalə İsmayıl qızı. COVID-19 - əsrin xəstəliyi / L. İ. Allahverdiyeva; Azərbaycan Tibb Universiteti.- Bakı: Şərq-Qərb, 2023.- 256 s.