Xalq yazıçısı, akademik Kamal Abdulla 1991-ci ildə ilk dəfə Bakıda çap olunmuş "Gizli Dədə Qorqud" əsəri 1994-cü ildə Türkiyədə Bursa və İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəşr edilmişdir. 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşri "Sirriçində dastan və yaxud gizli Dədə Qorqud-2" adı ilə, 2009-cu ildə isə yenidən işlənmiş və təkmilləşdirilmiş nəşri rus dilində ("Taynıy Dede Korkud") çap olunmuşdur. Daha sonra yeni bölmələrin əlavə olunduğu "Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud" adlı tədqiqat yenə də 2009-cu ildə Bakıda işıq üzü görmüşdür.
Biblioqrafik təsvir
Abdulla, Kamal. Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında: monoqrafiya / K. Abdulla; elmi red.: R. Bədəlov, N. Mehdi; Azərbaycan Dillər Universiteti.- Bakı: Sim-sim, 2025.- 584 s.