Kitabda dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin ölkəmizin ictimai-siyasi, mədəni-sosial həyatının bütün sahələrində qüdrəti, qayğısı, yanğısı kontekstində ümumilli liderimizin milli kinomuzun təəssübkeşi və hamisi olması, onun ümumən kinematoqraf haqqında fikirləri tədqiq və təhlil edilir, mədəniyyət və incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikir və düşüncələri açıqlanır. Kitabda H.Əliyevin kino və kinematoqrafçılar haqqında dəyərli fikirlərindən, eyni zamanda kino xadimlərinin də ulu öndərimiz haqqında xatirələrindən istifadə edilmişdir.
Biblioqrafik təsvir
Kazımzadə, Aydın Ələsgər oğlu. Heydər Əliyev və kinematoqraf / A. Ə. Kazımzadə; elmi red. A. Ə. Dadaşov; red. M. Bəyişli.- Bakı: Mütərcim, 2007.- 204 s.