Kitab haqqında

Azərbaycanda pambıqçılığın texniki təminatı və innovativ becərmə texnologiyası modelinin əsaslandırılması

Azərbaycanda pambıqçılığın texniki təminatı və innovativ becərmə texnologiyası modelinin əsaslandırılması

Sərlövhə:
Azərbaycanda pambıqçılığın texniki təminatı və innovativ becərmə texnologiyası modelinin əsaslandırılması
Müəllif:
İsmayılov İsrafil
Nəşr ili:
2023
Annotasiya:
Monoqrafiya respublikada pambıqçılığın dövlət dəstəyi ilə inkişafının elm-praktiki dəyərləndirilməsi baxımından müəllifin uzun illər apardığı əhəmiyyətli tədqiqat işinin nəticəsidir. Monoqrafiyada pambıqçılığın inkişafının mövcud vəziyyəti, inkişafı və texniki təminat səviyyəsinin təhlili, dünyada qabaqcıl pambıq becərən ölkələrin pambığın becərilmə texnologiyası və yığımında təcrübəsi, vegetasiya dövründə xəstəlik və zərərvericilərə, alaqlara qarşı mübarizədə innovativ metodlar, pambığın və sələf bitkilərinin texniki təminatı, məsuldarlığın yüksəldilməsinə dünyada tətbiq edilən innovativ texnologiyaların xülasəsi, müxtəlif ölkələrdə pambığın becərilmə texnologiyalarının SWOT-analizi ilə dəyərləndirilməsi əsasında innovasiyalı, texnoloji proseslərin tam mexanikləşdirilməsi, torpaq, enerji su, maliyyə və vaxt resurslarından səmərəli istifadəni təmin edən, respublika şəraitinə uyğun ümumiləşdirilmiş becərmə texnologiyası modeli əsaslandırılmışdır.

Biblioqrafik təsvir

İsmayılov, İsrafil İbrahim oğlu. Azərbaycanda pambıqçılığın texniki təminatı və innovativ becərmə texnologiyası modelinin əsaslandırılması: monoqrafiya / İ. İ. İsmayılov; Azərbaycan Dövlət Aqrar Universiteti.- Bakı: Elm, 2023.- 312 s.