Kitabda dərc edilən "İnamla, İlhamla sabaha doğru" poeması prezidentliyə namizəd Baş nazir cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunub. "Ay ariflər, tərki-vətən olalı" və" Ürəyimin düz ünvanı" bölmələrində müəllifin qürbət duyğuları, doğma Vətənə məhəbbəti tərənnüm olunub. "Qürbət elin əks-sədası" bölməsində müəllifin fəaliyyətinə işıq salan yerli və xarici mətbuatdan seçmələr, "Dost sözü, qardaş sözü" bölməsində isə müəllifin dostlarının, tanışlarının, görkəmli ictimai xadimlərin onun haqda ürək sözləri toplanıb.