Kitab haqqında

Müasir dövrdə elektron kitabxanaların formalaşması perspektivləri

Müasir dövrdə elektron kitabxanaların formalaşması perspektivləri

Sərlövhə:
Müasir dövrdə elektron kitabxanaların formalaşması perspektivləri
Müəllif:
Əliquliyev Rasim
Nəşr ili:
2014
Annotasiya:
Ekspress-informasiyada dünyada və respublikamızda elektron kitabxanaların inkişaf dövrü, formalaşması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi araşdırılır. Müasir elektron kitabxana modelinin formalaşması prinsipləri göstərilir, elektron kitabxana şəbəkələrində informasiyanın toplanması, emalı, istifadəsi formaları və müəlliflik hüquqlarının qorunması məsələləri tədqiq edilir. Sonda yeni informasiya və kommunikasiya texnologiyalarının intellektual elektron kitabxanaların yaradılmasında tətbiqi imkanları təqdim edilir.

Biblioqrafik təsvir

Əliquliyev, Rasim Məhəmməd oğlu. Müasir dövrdə elektron kitabxanaların formalaşması perspektivləri: ekspress-informasiya / R. M. Əliquliyev, K. P. Qasımova, E. Ç. Məmmədov; elmi red. F. Yusifov; AMEA İnformasiya Texnologiyaları İnstitutu.- Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2014.- 75 s.