Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.
Biblioqrafik təsvir
Pəhləvi, Fərəh. Xatirələr: yıxılan rejimin və bitməyən eşqin hekayəsi / F. Pəhləvi; tərc. N. H. Əbdülrəhmanlı; red. Y. Rzayev; elmi red. Ş. Musaoğlu.- Bakı: Adiloğlu, 2007.- 419 s.