Kitab "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı elmi-fundamental layihə çərçivəsində Azərbaycan, ingilis və rus dillərində nəşr olunur: Burada Naxçıvan diyarının tarixi inkişafı, boyaqçılıq və xalçaçılıq ənənələri, xalçaçıları və xalçaları haqqında məlumat verilmiş, fotoşəkillər təqdim olunmuşdur. 2013-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Şahbuz, Ordubad, Sədərək, Kəngərli, Culfa rayonlarında aparılmış etnoqrafik tədqiqatlar zamanı əldə edilmiş materiallardan, o cümlədən Naxçıvan Dövlət Xalça Muzeyinin fondunda saxlanılan xalça və xalça məmulatlarının fotoşəkillərindən istifadə olunmuşdur.
Biblioqrafik təsvir
Həbibbəyli, İsa Əkbər oğlu. Naxçıvan xalçaçılığı: ənənə və müasirlik / İ. Ə. Həbibbəyli, V. A. Muradov; elmi red. N. M. Vəlixanlı; Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti.- Bakı: Elm, 2017.- 284 s.- Ərəb dilində.