Kitabda istiqlal mübarizəsi boyu əldə etdiyimiz ən böyük nailiyyətlərin müəllifi olan tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətləri, ulu öndərin rəhbərliyi ilə aparılan demokratik-hüquqi dövlət quruculuğu prosesinin xarakteri əhatəli təhlil edilmiş, islahatların real nəticələri konkret faktlar əsasında qiymətləndirilmişdir. Kitabda Azərbaycanın yeni əsrin əvvəllərindən başlayaraq regionda oynadığı rola, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinə, davam etdirilən sosial-iqtisadi, demokratik islahatlara diqqət yönəlmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının davamı kimi təhlilə cəlb edilmişdir.
Biblioqrafik təsvir
Əsədov, Oqtay Sabir oğlu. Heydər Əliyev = Heydar Aliyev / O. S. Əsədov; tərc.: Z. Əhmədov, Ə. Əfəndiyev; red. R. K. Cəbrayılov.- Bakı: Çaşıoğlu, 2008.- 407 s.- Azərbaycan və ingilis dillərində.