Kitab Azərbaycan və bütünlükdə türk xalqları ədəbiyyatı tarixçiliyində yeni bir mərhələyə- başlanğıc mərhələsinə həsr olunub. Hələ XX əsrin əvvəllərində ədəbiyyatımızın tarixini Orxon-Oğuz abidələrindən başlamaq fikri irəli sürülmüşdür. Həmin fikrin davamı olaraq həm Orxon, həm Yenisey abidələri sırasında ədəbi məzmun daşıyan bədii nümunələr aşkar edilib, hərəsi ayrıca ədəbi janr səviyyəsində işlənib ortaya çıxarılır. Eyni zamanda şerimizin qədim yazılı nümunələri müəyyənləşdirilir. Bütün bunlarla ədəbiyyat tariximizin VI-X əsrləri əhatə edən beş yüz illik qədim dövrü aşkarlanmış olur.
Biblioqrafik təsvir
Osmanlı, Vəli Musa oğlu. Qədim türk ədəbiyyatı: VI-X əsrlər / V. M. Osmanlı; red. N. Q. Cəfərov; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Sabah, 2008.- 244 s.