Monoqrafiya əmək hüququnun əsas institutlarından biri olan iş vaxtına həsr edilmişdir. Burada iş vaxtının hüquqi tənzimlənməsi məsələləri AR Konstitusiyasına, Əmək Məcəlləsinə, digər müvafiq normativ hüquqi aktlarına və beynəlxalq hüquq normalarına (BƏT-nın Konvensiyaları və Tövsiyələri) uyğun olaraq geniş elmi təhlil olunmuşdur. Həmçinin, hazırda qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş iş vaxtı norması- iş vaxtının anlayışı, normal müddəti, növləri, iş gününün müddəti, iş günü hesab edilməyən günlərdə iş vaxtının rejimləri, normalaşdırılması, institusional tənzimlənməsi və bu kimi bir sıra aktual məsələlərə toxunulmuşdur.
Biblioqrafik təsvir
Məmmədov, Oruc Cəmil oğlu. İş vaxtının hüquqi tənzimlənməsi: monoqrafiya / O. C. Məmmədov; elmi red. A. M. Qasımov.- Bakı: Qanun, 2008.- 300 s.