Kitab haqqında

Lüğət tərkibində leksik-semantik dəyişmələr

Lüğət tərkibində leksik-semantik dəyişmələr

Sərlövhə:
Lüğət tərkibində leksik-semantik dəyişmələr
Müəllif:
Məmmədova Mələk
Nəşr ili:
2018
Annotasiya:
Dərs vəsaitində müasir Azərbaycan dilinin lüğət tərkibində baş verən leksik-semantik dəyişmələri köhnəlmiş sözlər əsasında tədqiq etmək, köhnəlmiş sözlərin ümumi təsnifatını vermək üçün leksik sistemdə dəyişməni doğuran amillər, dilin lüğət tərkibinin aktiv və passiv fondlarının təyini və bu fondlar arasında rabitə, sözlərin köhnəlməsinin interlinqvistik və ekstralinqvistik səbəbləri, köhnəlmiş sözlərin növlərinin təyini, arxaizm və tarixizmlərin təsnifi, arxaikləşmənin səbəbləri, tarixi dövrlər üzrə öyrənilməsinin ümumi prinsipləri, nitq hissələri üzrə paylanma xüsusiyyətləri aydınlaşdırılmışdır.

Biblioqrafik təsvir

Məmmədova, Mələk Hidayət qızı. Lüğət tərkibində leksik-semantik dəyişmələr: dərs vəsaiti / M. H. Məmmədova; red. Ə. Tanrıverdi; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: Ləman Nəşriyyat Poliqrafiya MMC, 2018.- 160 s.