Kitabda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri araşdırılmışdır. Bu kitabda ilk dəfə olaraq bütün qəsdən adam öldürmə, quldurluq, silahlı basqın və digər cinayətlər və onların nəticələri barədə deyil, yalnız terror əməlləri törədilməsi faktları ilə bağlı müxtəlif vaxtlarda başlanmış cinayət işlərində toplanmış materiallar öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Terror, hadisələr, faktlar, sübutlar / tərt. E. Səmədov; red. R. Məmmədov.- Bakı: MBM, 2014.- 96 s.