Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti
Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti
Sərlövhə:
Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti
Müəllif:
Ruintən Kəmalə
Nəşr ili:
2008
Annotasiya:
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ məsələsi regional məsələ olmaqla yanaşı, dünya siyasətinə təsir göstərən amillərdən sayılır. Monoqrafiyada münaqişənin həlli üçün səmərəli sayılan 2006-cı ilin fonunda münaqişənin mənbələri, onun inkişaf mərhələləri, beynəlxalq təşkilatların və münaqişənin nizamlanması prosesində birbaşa iştirak edən ATƏT-in Minsk qrupunun, həmin qrupun həmsədr dövlətlərinin mövqeyi və münaqişəyə münasibəti araşdırılır. Kitabda, həmçinin İranın nüvə məsələsi ilə Ermənistan-Azərbaycan münaqişəsinin qarşılıqlı təsiri təhlil edilir və münaqişənin Ermənistanın iqtisadiyyatına təsiri də diqqətdən kənarda qalmamışdır. Həmçinin beynəlxalq hüquqi sənədlərə istinad edilərək ermənilərin "öz müqəddaratını təyinetmə" və "dövlətlərin varisliyi" məsələləri kimi iddialarına faktlarla cavab verilir. Bununla yanaşı, monoqrafiyada münaqişənin bu günədək həll olunmamasının səbəbləri araşdırılır.
Biblioqrafik təsvir
Ruintən, Kəmalə Fərrux qızı. Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti: monoqrafiya / K. F. Ruintən; elmi red. M. C. Qasımlı; red. S. Ruintən.- Bakı: Adiloğlu, 2008.- 260 s.