Kitab son dövrlərdə tədqiqatçıların diqqət mərkəzində olan toksigen göbələklərin, eləcə də onların Azərbaycanda yayılan növlərinin ekobioloji xüsusiyyətlərinin tədqiqi zamanı əldə edilən nəticələr əsasında hazırlannıbdır. Kitabda mikrobioloqlar, mikoloqlar, ekoloqlar üçün toksigen göbələklərin Azərbaycanda yaılan növləri, qeydə alınan növlərin ekobioloji xüsusiyyətləri, eləcə də həmin göbələklərin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan vasitələr haqqında kifayət qədər maraqlı olan məlumatlar yer alır.
Biblioqrafik təsvir
Baxşəliyeva, Könül Fərrux qızı. Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri: monoqrafiya / K. F. Baxşəliyeva; elmi red. P. Z. Muradov; AMEA Mikrobiologiya İnstitutu.- Bakı: Çap Art, 2022.- 344 s.