Monoqrafiyada 2006-2019-cu illərdə Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan şirsiz saxsı məmulatı tədqiqata cəlb olunmuş, şəhər sakinlərinin məişəti ilə sıx bağlı olan bu tapıntılar sistemləşdirilmiş, onların tipoloji təsnifatı aparılmış, istehsal texnologiyası və bədii işlənmə texnikası müəyyənləşdirilmiş, təkamülü izlənilmiş, Şəmkir dulusçuluğunun Aran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğu diqqətə çatdırılmışdır.
Biblioqrafik təsvir
Dostiyev, Tarix Meyrut oğlu. Orta əsr Şəmkir şəhərinin keramikası: monoqrafiya / T. M. Dostiyev; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. I hissə: Şirsiz saxsı məmulatı.- Bakı: Apostrof-A, 2020.- 224 s.