"Tərəvəzçilik ensiklopediyası" kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışların izahları verilib. Ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və onlarla əlaqəli digər sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən mənbələrdən və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçiliyin çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələri ilə əlaqəli olan terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.
Biblioqrafik təsvir
Tərəvəzçilik ensiklopediyası: terminlər, anlayışlar və şərhlər / Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu; tərt.: E. İ. Allahverdiyev [et al.]; red. F. N. Ağayev.- Bakı: Şərq-Qərb, 2020.- 840 s.