Kitab haqqında

Əsərləri, dastan-rəvayətlər, xatirələr...

Əsərləri, dastan-rəvayətlər, xatirələr...

Sərlövhə:
Əsərləri, dastan-rəvayətlər, xatirələr...
Müəllif:
Aşıq Ələsgər
Nəşr ili:
1999
Annotasiya:
Aşığın şagirdlərinin, xüsusən oğlu Aşıq Talıbın bildiyi variant əsasında tərtib edilmiş bu kitab çapa hazırlanarkən ustadın indiyə qədər nəşr edilən əsərləri ilə müqayisə olunmuş, daha dəqiq mətn müəyyənləşdirilmişdir. Müqayisə zamanı bəzən bir misranın bir neçə variantı meydana çıxmışdır. Gələcək tədqiqat üçün elmi əhəmiyyətini nəzərə alaraq, bunların böyük bir qismi "Qeydlər" bölməsində özünə yer tapmışdır. Aşığın indiyəqədərki kitablarında başqa müəlliflərin əsərlərinin onun yaradıcılığına qarışdığı ehtimalı var idi. Elmi araşdırmaların, dəqiqləşdirmələrin nəticəsi olaraq, belə şerlərin bir qismi bu kitaba daxil edilməmişdir. Lakin əvvəlki kitablarda elə şerlər də var ki, bunlar ifadə etdiyi fikrə və bədii dəyərinə görə ustadın nəfəsinə yad görünür. Vaxtilə Aşığın ədəbi irsinin ilk toplayıcısı Hümmət Əlizadə tərəfindən əldə edilən belə şerləri bu kitabda da saxlamaq məsləhət bilinmişdir. Əvvəlkilərin hamısından fərqli olaraq, bu kitabda Aşığın həyatı ilə bağlı iyirmi xatirə verilmiş

Biblioqrafik təsvir

Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr... / Aşıq Ələsgər; tərt. İ. Ələsgər; red. M. P. Qasımlı.- Bakı: Şərq-Qərb, 1999.- 578 s.