Kitab haqqında

Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətlər

Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətlər

Sərlövhə:
Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətlər
Müəllif:
Quliyev Eldar
Nəşr ili:
2020
Annotasiya:
Monoqrafiyada qlobal çağırışlar şəraitində qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri üzrə elmi yanaşmalar, baxışlar, mülahizələr, polemika xarakterli tədqiqat materialları verilmişdir. Qida təhlükəsizliyinin gücləndirilməsində "istehsal-istehlak" zənciri həlqələrində səmərəlilik problemləri, insan həyatı və sağlamlığı üçün təhlükə törətməyən mühüm qida məhsullarının istehsalının genişləndirilməsi və ehtiyatlarının yaradılması məsələləri araşdırılmışdır. Qlobal qida bazarlarının inkişaf səviyyəsi qiymətləndirilmiş, dünya əhalisinin ekoloji təmiz qida ilə təminatı zərurəti ilə bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri təhlil olunmuşdur.

Biblioqrafik təsvir

Quliyev, Eldar Allahyar oğlu. Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətlər: monoqrafiya / E. A. Quliyev; elmi red.: Z. Ə. Səmədzadə, B. X. Ataşov; Azərbaycan Kooperasiya Universiteti.- Bakı: Kooperasiya nəşriyyatı, 2020.- 464 s.