Üç cilddə tərtib olunmuş "Aşıq ədəbiyyatı antologiyası"nın birinci cildində aşıq poeziyası, ikinci cildində qəhrəmanlıq dastanları, üçüncü cildində məhəbbət dastanları toplanmışdır. "Aşıq poeziyası" adlanan birinci cilddə Dədə Qorquddan günümüzə qədərki aşıq sənətinin görkəmli nümayəndələrinin yaradıcılığından seçmələr, ən yaxşı nümunələr verilmişdir. Bir çox materiallar antologiyaya ilk dəfə daxil edilmişdir.
Biblioqrafik təsvir
Aşıq ədəbiyyatı antologiyası: 3 cilddə / Xalq Bank; layihənin rəh. R. Həşimov; tərt.: M. Qasımlı, M. Allahmanlı; elmi red. M. Qasımlı. I cild: Aşıq poeziyası.- Bakı, 2017.- 592 s.