Böyuk demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalının çapı 10 cilddə nəzərdə tutulmuşdur. Jurnalın altıncı cildinə 1921-ci ildə Təbrizdə çıxmış 8 nömrədən son yeddi sayı, 1922-ci ilin səkkiz sayı, 1923-cü ilin otuz iki sayı, 1924-cü ilin iyirmi doqquz sayının hamısı - cəmi 76 nömrə daxil edilmişdir.
Biblioqrafik təsvir
Molla Nəsrəddin: 1906-1931: satirik jurnal: 10 cilddə / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; red.: İ. Ə. Həbibbəyli, T. H. Kərimli. VI cild: 1921-1924.- Bakı: Şərq-Qərb, 2018.- 680 s.