Bu kitab, həm fars, həm də Azərbaycan ədəbiyyatşünaslığı üçün olduqca mühüm, ancaq hələlik lazımi səviyyədə öyrənilməmiş problemlərdən birinə- Farsdilli poeziyada Azərbaycan üslubu tədqiqinə həsr olunmuşdur. Azərbaycan üslubunun yaranmasını şərtləndirən amillər, bu üslubun özünəməxsus xüsusiyyətləri, farsdilli poeziyada onun yeri, Xaqani Şirvani və Nizami Gəncəvi kimi böyük şairlərin fərdi üslubları və s. kimi məsələlər ilk dəfə olaraq bu monoqrafiyada hərtərəfli araşdırılmışdır.
Biblioqrafik təsvir
Mətləbi, Arəş Baharəli oğlu. Farsdilli poeziyada Azərbaycan üslubu: təşəkkül, təkamül və ədəbi təsir məsələləri: monoqrafiya / A. B. Mətləbi; red. K. Hüseynoğlu.- Tehran: Müəllif, 2013.- 180 s.