Kitab Azərbaycan xalqının siyasi-hüquqi fikir tarixinin ən şanlı səhifələrindən birinə - Azərbaycanda IX yüzilliyin I yarısında təşəkkül tapmış xürrəmiliyin sosial-siyasi və hüquqi ideyalarının təhlilinə həsr edilmişdir. Azərbaycan tarixinə həm də Babək hərəkatı kimi daxil olmuş xürrəmilər hərəkatının sosial-siyasi və hüquqi ideyalarının interpretasiyası əsərdə xüsusi yer tutur. İdeyaların təhlili zamanı onların öz dövrü üçün son dərəcə orijinal olmuş cəhətləri diqqət mərkəzində saxlanmışdır.
Biblioqrafik təsvir
Quliyev, Aqşin İsabala oğlu. Xürrəmiliyin sosial-siyasi və hüquqi ideyaları / A. İ. Quliyev.- Bakı, 2018.- 150 s.