Naxçıvanın e.ə. VII- II minilliklərə aid abidələrinin öyrənilməsi 150 ilə yaxındır ki, davam edir. 6 min il mövcud olmuş Naxçıvanın neolit, eneolit, tunc və erkən dəmir dövrü mədəniyyəti Cənubi Zaqafqaziya, Ön Asiya və Yaxın Şərqin qədim abidələri arasında özünə geniş yer tapıb. Təqdim olunan monoqrafiyada müxtəlif tədqiqatçıların bu dövrə aid araşdırmalarının xülasəsi, həmçinin müəllifin bu sahədə 25 ildən artıq fəaliyyətinin nəticəsi öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Seyidov, Abbas Qadir oğlu. Naxçıvan e.ə. VII- II minilliklərdə: monoqrafiya / A. Q. Seyidov; elmi red. İ. H. Nərimanov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Elm, 2003.- 339 s.