Kitabda bazar iqtisadiyyatı şəraitində şəhərsalma nəzəriyyəsinin inkişaf mərhələləri və şəhərin sosial-iqtisadi inkişaf strateqiyanın seçilməsinə yanaşmalar tədqiq edilmiş, şəhərsalmada layihələndirmənin iqtisadi əsaslandırılması, şəhər ərazisinin zonalaşdırılması və ərazinin seçilməsinin iqtisadi əsaslandırılması, şəhərsalmada yenidən qurma və şəhər ərazisini zəbt edən köhnə mənzil fondunun köçürülməsi mexanizmi və şəhər infrastruktur kompleksinin səmərəli inkişafı tədqiq edilmiş, şəhərin baş planı və strateji plan modellərinin, həmçinin şəhər kadastrının işlənilməsi və onların reallaşması, şəhər planı kompozisiyası və strukturunun iqtisadi göstəriciləri açıqlanmışdır. Şəhərsalmada qiymətin əmələ gəlməsi mexanizminin formalaşması, şəhərsalmada kosmik tədqiqatlardan istifadə olunması və s. məsələlər şərh edilmişdir.
Biblioqrafik təsvir
Eyniyev, Tahir Təriş oğlu. Şəhərsalmanın iqtisadi əsasları / T. T. Eyniyev; Azərbaycan Memarlıq və İnşaat Universiteti.- Bakı: Gənclik, 2015.- 440 s.