Monoqrafiyada Azərbaycan satirik mətbuatının inkişafında xüsusi bir mərhələ təşkil edən və ədəbi məktəb yaradan "Molla Nəsrəddin" jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, çoxsaylı rubrikaları tədqiqata cəlb olunur. Jurnalın milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ mövzusu və "Molla Nəsrəddin"in türkdilli xalqların satirik mətbuatına təsiri məsələləri tarixi-müqayisəli və elmi-nəzəri aspektdən təhlil edilir.
Biblioqrafik təsvir
Babayeva, Gülbəniz. "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər: monoqrafiya / G. Babayeva; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2020.- 416 s.