Vəsaitdə əsas paxlalı yem bitkilərindən biri olan üçyarpaq yoncanın Azərbaycanın Gəncə-Qazax bölgəsində yayılmış növlərinin anatomiyası, sistematikası və bioekoloji xüsusiyyətləri, tədqiq edilən taksonların (cinslərin, növlərin və növdaxili taksonların) botaniki xüsusiyyətləri, üçyarpaq növlərinin bitmə şəraiti, bəzi bioekoloji xüsusiyyətləri, ərazinin bitki örtüyündə onların rolu və əhəmiyyəti, eləcə də istifadə perspektivləri, öyrənilən üçyarpaq növlərinin anatomik quruluşu, biomorfoloji təkamül istiqamətləri, struktur xüsusiyyətlərinin müqayisəli təhlili və cinsin makrotaksonomiyasında onun əhəmiyyəti məsələlərinə toxunulmuşdur. Dərs vəsaitində həmçinin üçyarpaq yoncanın inkişaf tarixi, təsərrüfat əhəmiyyəti, becərilmə texnologiyası, məhsuldarlığı, kimyəvi tərkibi, əkildiyi sahələrin inkişaf perspektivləri, yem tədarükü, bir sözlə, yem istehsalının bütün sahələri üzrə əsas prinsipial məsələlərə dair ətraflı məlumat verilmişdir.
Biblioqrafik təsvir
Hüseynova, Aybəniz Kamil qızı. Üçyarpaq yonca: bioekoloji xüsusiyyətləri: dərs vəsaiti / A. K. Hüseynova; elmi red. İ. H. Cəfərov; Azərbaycan Dövlət Aqrar Universiteti.- Gəncə: Star, 2022.- 160 s.