Kitab haqqında

Zəfər tariximizin fatehləri

Zəfər tariximizin fatehləri

Zəfər tariximizin fatehləri
Sərlövhə:
Zəfər tariximizin fatehləri
Müəllif:
Quliyeva Zərifə
Nəşr ili:
2024
Annotasiya:
Kitabda ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, Zərifə xanım Quliyevanın son illərdə müxtəlif qəzet və saytlarda dərc olunan məqalələri, şərhləri və verdiyi müsahibələri toplanmışdır. Məzmun etibarı ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda son dərəcə gərgin, mürəkkəb, həm də şərəfli siyasi fəaliyyətindən, ölkəmizə qarşı çıxan ermənipərəst dövlətlərə, həmçinin bəzi qərəzli beynəlxalq təşkilatlara qarşı məharətli diplomatiyasından, eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti və ICESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın dövlətimizin başçısına arxa-dayaq olmasından bəhs olunan bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Kitabda, həmçinin Ulu Öndər Heydər Əliyev və Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva haqqında yazılmış məqalələr də öz əksini tapıb.

Biblioqrafik təsvir

Quliyeva, Zərifə. Zəfər tariximizin fatehləri / Z. Quliyeva; red. Ə. Bədəlov.- Bakı: Afpoliqraf, 2024.- 368 s.