Peşəkar Mühasiblərin Sertifikatlaşdırma Proqramı çərçivəsində hazırlanan dərsliklər 2008-ci il sentyabrın 26-da "Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Maliyyələşdirmə Sazişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 11 noyabr tarixi 397s nömrəli sərəncamı ilə təsdiq edilmiş Korporativ və Büdcə Sektorunda Hesabatlılıq layihəsi çərçivəsində beynəlxalq peşəkar mühasiblər qurumu olan ACCA (The Association of Chartered Certified Accountants) tərəfindən tövsiyə olunan və "Get Through Guides Limited UK" şirkəti tərəfindən tərtib olunmuş təlim materialları Azərbaycan dilinə tərcümə olunmuşdur. Maliyyə uçotu fənni gələcəyin mühasiblərinə, şirkət rəhbərlərinə və iş adamlarına maliyyə hesabatlarının hazırlanma qaydalarını, səbəb və məqsədlərini izah edir. Siz maliyyə hesabatlarının hazırlanmasının əsaslarını mənimsəyərək, praktiki iş fəaliyyətinizdə bu hesabatları tərtib və təhlil edə biləcəksiniz.
Biblioqrafik təsvir
Peşəkar mühasibatlıq kvalifikasiyası: fundamental səviyyə: tədris vəsaiti: [ing. dilindən tərc.] / Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, The World Bank
II fənn: Maliyyə uçotu.- Bakı: METM, 2013.- 748 s.