Tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə tərəfindən Qəbələnin XI-XIII əsrlər keramikasının xüsusi tədqiqat mövzusu olaraq araşdırılması ilə qədim paytaxt şəhərimizin keramika məmulatının tam və sistemli olaraq öyrənilməsi işi başa çatdırılmışdır ki, bu da digər orta əsr Azərbaycan şəhərlərinə aid anoloji materialların tədqiqi üçün bir növ etalon kimi dəyərləndirilə bilər. Müəllif əsərdə dövrün şirsiz, şirli və inşaat keramikasının ilk dəfə olaraq təsnifatını və bədii-texniki, texnoloji xarakteristikasını vermişdir.
Biblioqrafik təsvir
Qasımzadə, Əfqan Hacıbala oğlu. Qəbələnin orta əsr keramikası: XI-XIII əsrlər: monoqrafiya / Ə. H. Qasımzadə; elmi red. Q. C. Cəbiyev; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası.- Bakı: Mütərcim, 2025.- 216 s.