Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2022
Cild:
121
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin ticari, iqtisadi, kənd təsərrüfatı və digər sahələri ilə bağlı geniş məzmunlu nitqi verilmişdir. Kitabda, həmçinin dövlət başçısının Türkiyə Respublikasına işgüzar səfərinə, bu səfər zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, o cümlədən Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşünə aid materiallar toplanmışdır. Bu cilddə ölkə başçısının Qobustan, İsmayıllı və Ağsu rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bu bölgələrdə ictimai-iaşə obyeklərinin açılışı mərasimlərində iştirakına dair materiallar, o cümlədən İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi də yer almışdır.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev.
121-ci kitab: iyul 2022 - sentyabr 2022.- Bakı: Azərnəşr, 2022.- 392 s.